Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

II hissə

Bakı, 22 may, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Sərəncama müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir, habelə bu mövzu KİV-də geniş işıqlandırılır.

AZƏRTAC bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin məqaləsinin ikinci hissəsini təqdim edir.

Formulun ilk prinsipi olan türkləşmək türk-türklük- türkçülük yolundan keçib. XX əsrin əvvəllərinə, yəni Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” məşhur tədqiqatına qədər bu prinsip təxminən yarım əsrlik inkişaf yolu keçib. Özü də bu təməl prinsip təkcə Azərbaycanı deyil, geniş bir coğrafiyanı əhatə edib. Böyük mədəniyyətə sahib imperiya quran türklərin XIX əsrin sonları XX əsrin əvvəllərində milliyyət anlayışında yer alan faktorlar arasında bu prinsip başlıca yer tutub. Millət, dil, vətən bu dövrdən başlayaraq siyasi cəhətdən yenidən gündəmə gəlib. Xalqın, millətin keçmişini qorumaq, yaşatmaq və gələcəyini qurmaq üçün milliyyətçilik fikri irəli sürülüb, rasional, siyasi əsaslara dayanan məfkurə formalaşdırmaq istiqamətində işlər görülüb. Burada dünyada gedən prosesləri də unutmaq olmaz. Avropa mədəniyyətinə XIX əsrdə daxil olan millətçilik fikri Fransa inqilabından sonra bir qədər də genişlənib, Avropada hər bir millətin öz dövlətini formalaşdırması məsələsi ortaya çıxıb. XIX əsrin ikinci yarısından başlayaraq türk xalqlarının yaşadığı ərazilərdə ümmətçilikdən millətçiliyə keçid prosesində türk adının işlənməsi və türklüyün türk xalqlarının vahid ideologiyasına çevrilməsi prosesi də buradan qaynaqlanıb. İslamı qəbul etdikdən sonra milli kimliklərini kənara qoyaraq ümmət prinsipi içində yaşayan türklər yenidən islami kimlikdən türk kimliyinə yönəlib. Bütün bunlar türk-türklük fikrinin milliyyət fikri ilə eyni prosesdə ortaya çıxmasına imkan verib.

Türkləşmək də digər təməl prinsiplər kimi müəyyən inkişaf yolu keçib. Şübhəsiz, burada elmi yanaşmanı ilkin mərhələ olaraq götürmək mümkündür. M.Kaşğarlının “Divani lüğət-it-türk” əsəri bu cəhətdən elmi-nəzəri baza kimi diqqəti çəkir. Eyni zamanda, türk dilində əsərlər, yazışmalar, filoloji araşdırmalar, arxeoloji qazıntılar türk adının gündəmə gəlməsi və yeni şəkil almasında nəzəri baza rolunu oynayır. Lakin bütün bunlar epizodik xarakter daşıdığından, türk, türklük və türkçülük adları, məfkurələri Avropadakı milliyyət fikrindən sonra ortaya çıxır. Bu dövrü ilkin mərhələ də adlandırmaq olar. Triadanın müəlliflərindən biri hesab edilən Z.Göyalp türkçülüyün Avropadan start götürdüyünə işarə edərək yazıb: “Türkçülüyün ölkəmizdə ortaya çıxmasından öncə Avropada türklüklə bağlı axın-hərəkat özünü göstərdi. Bunlardan birincisi fransızca “türkeri” deyilən “Türksevərlik”dir... Avropada ortaya çıxan ikinci axın-hərəkata isə “Türkologiya” adı verilir. Rusiya, Almaniya, Macarıstan, Danimarka, Fransa və İngiltərədə bir çox elm adamları əski türklərə, hunlara, monqollara dair tarixi və arxeoloji araşdırmalar aparmağa başladılar”.

Bəs milliyyət və türk fikri türk xalqlarının hansında ilk dəfə olaraq ortaya çıxıb? Milliyyət fikrinin və hərəkatının Avropadan qaynaqlandığını qeyd etmişik. Deməli, bu fikir avropalılarla daha çox təmasda olan türklər arasında yayılıb. Fikrimizcə, milliyyət fikrinə türk xalqlarından ilk sahib olan elə avropalılarla sıx təmasda olanlar idi. Avropada milliyyətin formalaşdırılması ilə bağlı gedən hüquqi, tarixi, ədəbi söhbətlər türklərə də öz təsirini göstərib. Məlumdur ki, alman, italyan, slavyan xalqları arasında həm milli birlik, həm də məfkurə (sosialistlik, xalqçılıq, hürriyyətçilik) söhbətləri gedirdi. Osmanlının Avropa ilə sıx siyasi, iqtisadi, mədəni əlaqələrini nəzərə alsaq, milliyyət fikrinin ilk mərhələsində Tənzimat və Yeni Osmanlıların (Gənc Türklərin) ortaya çıxması tamamilə təbiidir. Osmanlının Avropaya bütün parametrlərdə (elm, texnika, siyasət və s.) uduzduğu və torpaq itkiləri ilə rastlaşdığı bir vaxtda isə tənzimatçılar Avropa siyasi düşüncəsini Osmanlıya gətirməyə çalışıblar. “Vətən”, “millət”, “hüquq”, “azadlıq” sözləri Avropadan transfer olunaraq həm tənzimatçıların, həm Gənc Türklərin əsərlərində geniş şəkildə işlənib.

Milliyyətçiliyin yeni bir mərhələsi olaraq milli dildə bədii əsərlərin yazılması da əsas amillərdən biri hesab olunub. Türkçülüyün tarixini araşdıran Yusuf Akçuraya görə, milliyyət fikrini formalaşdıran “kültürəl olayların ən önəmlisi dildir”. Görünür, elə buna görə də Y.Akçura türklərdən Əhməf Vefik Paşa, Mustafa Cəlaləddin Paşa və Şinasi Əfəndini ilk türkçülərdən hesab edib. Əhməd Vefik Paşanın “Şəcəreyi-türki”ni (“Türklərin soykötüyü”) Şərq türkcəsindən Osmanlı türkcəsinə çevirməsi və M.C.Paşanın “Əski və yeni türklər” (1869) kitabını yazması isə artıq dil faktorundan çıxaraq elmi, tarixi şəkildə araşdırmanın ilk nümunəsi kimi diqqəti çəkir.

Həm Z.Göyalp, həm də Y.Akçura M.F.Axundzadəni də dilinə görə ilk türkçülərdən hesab edir. Y.Akçuradan fərqli olaraq bizim əlimizdə olan faktlar M.F.Axundzadənin birbaşa türkçülüyünü təsdiq etmir. Çünki bu dövrdə hələ Azərbaycanda ümmətçilikdən millətçiliyə keçid prosesi baş verməmişdi. Doğrudur, M.F.Axundzadə bəzi məktublarında “xalqım” sözünü işlətsə də, bu söz altında türk və türklüyü nəzərdə tutmayıb. “İslam milləti” ifadəsi altında isə İranda yaşayan xalqları nəzərdə tutub.

Türkçülük bir siyasi düşüncə olaraq Türkiyədə XIX əsrin 70-ci illərində yeni mərhələyə qədəm qoyur. O dövrdə türklüyün, türkçülüyün bir fikir sistemi halında işlənilməsi və yerinin müəyyənləşməsində Əli Süavinin böyük rolu var idi. O, islamı yaxşı bildiyi kimi, Qərb mənbələrini də bilir və bu dəyərlərə sahib çıxırdı. Yaradıcılığı hələ tam tədqiq olunmamış fikir adamının “Xivə tarixi” və “Lisani xətti-türki”, “Türk” əsərləri Türkiyə tədqiqatçıları tərəfindən son zamanlar araşdırılıb. Bu əsərlərdən də görünür ki, Ə.Süavinin Avropadakı türkçülük cərəyanından nəinki xəbəri olub, özü də türkçülüyü elmi və ideoloji şəkildə yaymağa çalışıb. O, türklərin qədim tarixə malik olduğunu, onların çox geniş coğrafiyaya yayılaraq dünya mədəniyyətinin inkişafında müəyyən rol oynadığını, türklərin və tatarların eyni kökdən olduğunu irəli sürməklə kifayətlənməyərək araşdırmalar aparıb. O, türkcənin digər dillərdən üstün olduğu fikrində idi və bu düşüncədə olan Qərb alimlərini dəstəkləyirdi.

M.F.Köprülüzadə, O.Akay, Banarlı, Sevgi Özgən və başqalarının tədqiqatlarında da Ə.Süavi türklük şüurunu oyandıran, onu nəzəri və tarixi cəhətdən işləyən milliyyətçi zehniyyətli bir fikir adamı kimi göstərilir. Bununla belə, türkçülük onun əsərlərinin mahiyyətindən irəli gəlirdi, “ittihadi-islam” sözünü işlətməsinə rəğmən, hələ türkçülük, türkləşmək terminlərini işlətmirdi.

Ə.Süavidən Ə.Hüseynzadəyə qədər olan dövrdə türk və türklüklə bağlı siyasi düşüncəyə malik olanlar arasında C.Əfqani, H.Zərdabi və onun “Əkinçi”, İ.Qaspıralı və onun “Tərcüman” qəzetləri, eləcə də Y.Akçura öndə gəlir. C.Əfqaninin türklük, türkçülüklə bağlı əsərləri olmasa da, onun ümumən fikirləri, dünyada gedən ictimai-siyasi proseslərlə bağlı düşüncələri türkçülük dünyagörüşünün formalaşmasına öz təsirini göstərirdi. Bədii düşüncədə və elmi fikirdə Məmməd Əmin Yurdaqul, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Cavad, C.Cabbarlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə yaradıcılığının C.Əfqani fikirlərindən qidalandığını nəzərə almış olsaq, türkçülüyün formalaşmasında onun rolu aydın olar.

İ.Qaspıralı da yazılarında Rusiya müsəlmanlarının keçmişi və bu günü ilə bağlı problemlər qaldırır, Krım tatarlarını “türk-tatar” adlandıraraq çox yerdə türklərin problemlərini ümumiləşdirməyə çalışırdı. “Dildə, fikirdə, işdə birlik!” formulunun əsasında da məhz türklərin birliyi ideyası dayanırdı. Y.Akçura yazırdı: “Tərcüman”a görə Kazan tatarı, Orta Asiya sartları, turançılar filan yoxdur; bir dinə inanan, bir dildə danışan türklər vardır”. Sonralar “Türk ocağı”nın qurucularından olan Y.Akçura ilk dəfə olaraq əsərlərində triadanın iki prinsipini məfkurə şəklində irəli sürüb. O, türkçülük savaşına gec qatılsa da (XX əsrin başlanğıcında), tez bir zamanda onun ətrafında ictimai məfkurə yaratmağa nail olub. Tədqiqatları bütünlüklə, türk tarixi və türkçülük məfkurəsinə, Osmanlı tarixinə və çağdaş Avropada baş verən hadisələrin siyasi, iqtisadi və sosial problemlərinə həsr olunub. Onun 1904-cü ildə “Türk” qəzetinin 23, 24-cü saylarında dərc olunan 32 səhifəlik “Üç tərzi siyasət” əsərində ilk dəfə olaraq türklərin siyasətinin üç prinsipi müəyyən edilir. “a) Osmanlı milləti meydana gətirmək; b) İslamçılığa dayanan bir dövlət yapısı qurmaq; c) irqə dayalı türk siyasi məfkurəsi formalaşdırmaq”. Özü də Y.Akçuranın əsərində sələflərində olduğu kimi, bu fikirlər mahiyyətdən doğmurdu, osmanlılıq, islamçılıq, türkçülük terminləri birbaşa işlədilməklə yanaşı, onun siyasi mahiyyəti də araşdırılırdı. Ona qədər isə türk, türk birliyi, islam birliyi kimi ifadələr işlənmişdisə də, türkçülük sözü işlədilməmişdi.

Ümumiyyətlə, Ə.Süavidən sonra Y.Akçura ilə birlikdə Ə.Hüseynzadənin də məqalələri və fikirləri türkçülüyün formalaşmasında önəmli rol oynayıb. “Həyat” qəzetinin 4-cü nömrəsindən başlayaraq yazdığı və hissə-hissə çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir” əsəri türkçülük görüşlərini ifadə edən ən mükəmməl əsəridir. Ə.Hüseynzadə türk sözünün mənşəyindən tutmuş bu dildə danışan xalqların tarixi keçmişi və yaşadığı dövrü ilə bağlı elmi, nəzəri, ideoloji fikirlər irəli sürür. Müəllif indiyədək türklər haqqında elmi-nəzəri fikirlərə və yanlış məlumatlara münasibətini bildirir, Vamberiyə, Şəmsəddin Sami bəyə, Nəcib Asim bəyə istinadlar edir. Türk kimliyini Azərbaycanda ilk dəfə elmi nəzəri şəkildə ortaya atan Ə.Hüseynzadə istər “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində, istərsə də ayrı-ayrı məqalələrində türkçülük, türkləşmək ifadələrini işlətmir.

Türkçülük ideyasının yayılmasında türk arenasında Ə.Hüseynzadədən sonra M.Ə.Yurdaqul və Z.Göyalp ortaya çıxır. M.Ə.Yurdaqulun şeirlərində bədii, Z.Göyalpın şeirlərində və publisistikasında türkçülük ideyası elmi şəkildə geniş yayılır. Hər ikisinin XX əsrin əvvəllərində Azərbaycan ədəbi, elmi mühitinə çox böyük təsiri olur. Z.Göyalp, eyni zamanda, şeirlərində turançılıq ideyasını ən çox yayanlardandır. Onun məqalələrini “Türk yurdu” dərgisində dərc etdirməsi, “İttihad və tərəqqi” partiyasına məxsus lisey yaradaraq orada sosiologiyadan dərs deməsi türküçülük düşüncəsini tam olaraq formaladırıb. Ona qədər ideya şəklində və elmi-tarixi cəhətdən ortaya atılmış türk, türklük Z.Göyalp və M.Ə.Rəsulzadə yaradıcılığında məfkurə halına salınıb. Belə demək mümkünsə, türkçülük 1908-ci ilə - Osmanlı inqilabına qədər elmi-tarixi, ondan sonra isə məfkurə, ideologiya şəklində yeni mərhələsini yaşayır. Bu mərhələ yalnız Z.Göyalp və M.Ə.Rəsulzadə ilə məhdudlaşmır, İ.Qaspıralı, Ə.Ağaoğlu, S.Hüseyn, füyuzatçıların sonrakı yaradıcılığı, M.Hadi, Y.Akçura, A.Şaiq və başqaları tərəfindən genişlənir. “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk yurdu”, “Türk ocağı”, “Gənc qələmlər” və digər dərnək və dərgilər türkçülüyün bir ideologiya, proqram şəklinə salınmasında və yayılmasında böyük rol oynayır. Həmin dövrdən başlayaraq bu təməl prinsiplərin hər biri ilə bağlı geniş müzakirələr gedir və bu məfkurənin başına Z.Göyalp keçir və bütün həyatını bu məfkurənin nəzəri və praktik məsələlərinə həsr edir. Türkçülüyün “İttihad və tərəqqi” partiyasının proqramında (1912) yer alması ilə təməl prinsip siyasət arenaya daxil olur. Z.Göyalp yaradıcılığında paralel olaraq turançılıq ideyası da başlıca yer tutur, lakin zaman keçdikcə siyasi düşüncəsində dəyişiklik edərək yeni bir sistem irəli sürür. Onun “Türk yurdu” dərgisində 1913-cü ildən dərc etdirdiyi məqalələr “türkləşmək, müasirləşmək, islamlaşmaq” adlanırdı. 1918-ci ildə isə həmin adda kitab nəşr etdirmişdi. Maraqlıdır ki, bu kitab Y.Akçuranın “Üç tərzi siyasət” əsərindən sonra çox doğru olaraq “türkçülüyün nəzəri təməlinə qoyulan ikinci daş” kimi dəyərləndirilir.

M.Ə.Rəsulzadə də 1913-cü ildən başlayaraq müxtəlif məqalələrində millət və milliyyət anlayışlarının elmi izahını verməyə çalışıb, millət üçün dil, din, məfkurə birliyinin vacibliyini irəli sürüb, azərbaycanlılardan bir millət olaraq bəhs edib. O, türkiyəçiliyi, turançılığı deyil, məhz türkçülüyü müdafiə edib. O, “Açıq söz” qəzetinin ilk nömrəsində XX əsri “milliyyət” əsri adlandıraraq “Tutacağımız yol” adlı baş məqaləsində xalqı “üç əsasa sarılmağa” çağırırdı: “Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor-mütləqa üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək”.

M.Ə.Rəsulzadə bu illərdən başlayaraq partiya fəaliyyətində də türkçülüklə bağlı düşüncələrini formalaşdırmağa başlayıb. Partiyanın mətbu orqanı “İstiqlal” qəzetinin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” devizi ilə nəşr olunması isə hakimiyyətə gəlişindən sonra formulun siyasi həyatına aydın bir yol açmış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO