Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

Cümhuriyyətin üçlü formulu: türkləşmək, müasirləşmək, islamlaşmaq

IV hissə

Bakı, 4 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Sərəncama müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda Cümhuriyyətin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir, habelə bu mövzu KİV-də geniş işıqlandırılır.

AZƏRTAC bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədlinin məqaləsinin dördüncü - sonuncu hissəsini təqdim edir.

  “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunun təməl prinsipləri vahid sistem olanadək zəngin inkişaf yolu keçib. Bu üç təməl prinsipin kimin yaradıcılığında ayrı-ayrılıqda necə işlənməsinə nəzər yetirək. M.F.Axundzadənin yeniləşmə-avropalaşma, Ziya Paşa, Əhməd Midhəd Əfəndi, Əhməd Cevdət Paşa və başqalarının türkçülük xətti, C.Əfqaninin islam birliyi xətti kimlərin yaradıcılığında və nə vaxt birləşdi?

Formulun ilk versiyasının formalaşmasına İ.Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasının da müəyyən təsiri olub. Lakin bu fikir yalnız Rusiya və Türkiyə türklərinin “dil, fikir, əməl” prinsiplərilə birləşməsini nəzərdə tutur, millətin kimliyini onun dilində axtarır, “dil birliyi”ni əsas götürürdü. İ.Qaspıralı da Ə.Hüseynzadə kimi İstanbul ləhcəsini ümumtürk ədəbi dilinin əsası hesab edib. Digər iki prinsip də İ.Qaspıralının yaradıcılığında müəyyən dərəcədə əksini tapıb. Onun “Firəngistan məktubları”nda həm avropaçılıq, həm də islamla bağlı müəyyən ictimai mesajlar var. Ancaq İ.Qaspıralının bizim üçlü düstura ən böyük təsiri türk cəmiyyətində yeni ideoloji meyillər axtarmasında və formulun ideya qaynağı rolunu yerinə yetirməsində olub.

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” formulu Y.Akçuranın “Üç tərzi siyasət” əsəri ilə bir qədər konkretləşib. İlk dəfə olaraq Y.Akçura Türkiyə ictimai-siyasi mühitində cəmiyyətin qarşısında duran xətləri məfkurəçilik istiqamətində işlədib. Bu prinsiplərin hamısı ilə olmasa da, ikisi (türkçülük, islamlılıq) ilə bağlı özünün ideoloji, siyasi baxışlarını bu əsərində ifadə edib. Müəllifin fikrincə, bir Osmanlı ulusu meydana gətirmək, islamçılığa söykənən bir dövlət quruluşu qurmaq və irqə faydalı türk siyasi millətçiliyi meydana gətirmək lazımdır. Müəllif bunun üzərinə “Osmanlı birliyi”, “İslam birliyi”, “Türk birliyi” ifadələrini işlədir və bu prinsipləri ideoloji cəhətdən əsaslandırır. Buna qədər heç kim Türkiyədəki ictimai prosesləri, cərəyanları, məfkurələri bu şəkildə ifadə etməmişdi. “Üç tərzi siyasət” tamamilə məfkurə istiqamətində yazılıb, türk cəmiyyətinin qarşısında duran siyasi yolları araşdırmaq məqsədi daşıyır. Müəllif yazır: “İndi bu üç siyasətdən hansının yararlı və qəbulu - tətbiq olunduğunu araşdıralım. Yararlı dedik, lakin kimə və nəyə yararlı? Öncə bütün insaniyyətə deyilə bilir”.

Y.Akçura bu əsərində üç tərzi siyasəti müəyyən etməklə yanaşı, onlardan hansının cəmiyyət üçün yararlı olub-olmadığını oxucunun üzərinə qoyur. Görünür ki, o zaman gənc Y.Akçuranın düşüncəsində üçlü düstur hələ tam şəkildə formalaşmayıb. Ümumiyyətlə, Y.Akçurada türkçülük üçüncü yerdədir, həm də osmanlılıqla üst-üstə düşür. Bu, türkləşdirilməsi mümkün olmayan xalqların Osmanlı dövlətinin əlindən çıxmaması üçün irəli sürülmüş bir fikirdir. Bu fikir XIX əsrin 60-70-ci illərindən dövriyyədə olsa da, bu formulda ilk dəfə səslənirdi. Türklərin birliyi ideyası Osmanlılığa nisbətən yeni olduğu üçün Y.Akçura onu üçüncü yerə qoyur. Lakin məqalənin sonunda özü də çoxdan beynini məşğul edən sualla oxucuya müraciət edir: “Müslümanlıq, türklük siyasətlərindən hansı Osmanlı dövləti üçün daha yararlı və qəbulu tətbiqdir?”.

Üçlü formulun ərsəyə gəlməsində Y.Akçuranın xidmətləri onun Türkiyə cəmiyyətində ilk dəfə olaraq ictimai-siyasi məqsədli yollar araşdırmasında və məfkurəvi üç prinsipi müəyyənləşdirməyə çalışmasındadır. Lakin bu düstur Osmanlı coğrafiyasından kənara çıxmır və cəmiyyəti dini, irqi tərəfdən deyil, başqa bir yöndən birləşdirən amili (məsələn, müasirləşmək) nəzərə almırdı. Buna baxmayaraq türk dünyasının yeni ideoloji meyillər əsasında formalaşmasında Y.Akçuranın “Üç tərzi siyasəti”nin böyük köməyi olub.

Ə.Hüseynzadənin fikirləri üçlü formulun yaranmasında son dərəcə önəmli rola, hətta mən deyərdim, açar funksiyaya malikdir. O, əsərlərində bu formulun hər biri haqqında sistemli və davamlı olmasa da, müəyyən ideyalar irəli sürüb. Ə.Hüseynzadənin üç təməl prinsipdən ən çox məşğul olduğu türkləşməkdir. O, 1904-cü ildən başlayaraq türk adının mənşəyi, keçdiyi inkişaf yolu, çağdaş vəziyyəti ilə bağlı məqalələrində, “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində bu və ya digər şəkildə bu problemdən danışırdı. Türk adı çəkilən ilk məqaləsi “Məktubi məxsusi”dir. Əlibəyşünaslar bu məqalənin Y.Akçuranın “Üç tərzi siyasət” məqaləsinə cavab olaraq yazdığını bildirirlər. Lakin Ə.Hüseynzadə Y.Akçuranın məqaləsinin adını cəmi bir dəfə çəkir. Məqalənin başlanğıcından aydın görünür ki, müəllif “Türk” qəzetinin hansı nömrəsindəsə “türklügün mədari-iftixarı bulunan Cingizlər, Teymurlar kibi hərb dahilərinə” “yağdırılan həqarətlərə” cavab olaraq yazılıb. Y.Akçuranın “Üç tərzi siyasət” əsərində isə nəinki belə həqarət yoxdur, hətta “Cingizlər, Teymurlar”ın adı belə çəkilməyib.

Ə.Hüseynzadə bu məqaləsində və “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində türk adı, onun qolları, dili, mənşəyi haqqında Azərbaycan ədəbi, ictimai mühitinə məlum olmayan dəyərli məlumatlar verir. “Türk qövmlərinin bir küll, bir birlik” təşkil etməkləri, “türklərin səhvən tatar deyilən qismi-azərilər” deyilməsi, türk sözünün mənşəyi, keçmişi, eləcə də türklərin “cinsən və lisanən, müxtəlif və mütəəddid (cürbəcür-B.Ə.) təsirə məruz qalmaları, türk dilinin ləhcələri geniş təhlil edilir. Həcmcə kifayət qədər böyük olan əsərdən aydın görünür ki, Ə.Hüseynzadə əlinin altında olan elmi mənbələri təhlil edib və məqsədi də məqalənin adından məlum olduğu kimi, türklərin kimliyini üzə çıxarmaq olub. Ə.Hüseynzadənin istər bu əsərində, istərsə də məqalələrində məfkurəçilik deməzdim ki, yoxdur, ancaq çox zəif təsir bağışlayır. Onun araşdırmalarında məfkurə istiqamətində cəmi bir neçə dəfə türklük ifadəsinə rast gəlmək mümkündür, türkçülük, türkləşmək ifadələri isə ümumiyyətlə işlənilmir. Lakin gəlin razılaşaq ki, bu zaman türkçülük tarixinin böyük araşdırıcısı Y.Akçuraya görə, türkçülüyün artıq üçüncü mərhələsi başa çatmışdı. Müasirləşmək və islamlaşmaq da bir neçə mərhələdən keçib. Beləliklə, üçlü formulun hər bir təməl prinsipi bir neçə mərhələli inkişaf yolu keçib: türk-türklük-türkçülük-türkləşmək; Avropanı təqlid-yeniləşmə-avropalaşma-müasirləşmə; islam-islam milləti-islam birliyi-islamlaşma.

Formulun üç təməl prinsipi Ə.Ağaoğlunun yaradıcılığında da mühüm yer tutub. Hətta mən deyərdim onun Fransada olması, C.Əfqanidən təsirlənməsi onu bu formulun prinsiplərinə daha da yaxınlaşdırıb. Bununla belə, onun yaradıcılığında da siyasi doktrinaya çevrilməyib. Ə.Hüseynzadə və Ə.Ağaoğlunun formulla bağlı fəaliyyətini nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “Möhtərəm Ağaoğlu Əhməd bəy kəndi “İrşad”ı ilə islam, islam deyə bağırıyor və ittihadi-islamdan bəhs ediyordu isə də bu bir sözdü. Məna etibarilə dönüb dolaşıb islamçılıq və türkçülük şəklini alırdı. 1905-ci ildə Hüseynzadə Əli bəy əfəndi Bakıda nəşr olunan “Füyuzat”ı ilə “türk qanlı, islam etiqadlı və firəng qiyafətli olalım” derkən daha sərih bulunan “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunu ilham etmək istiyordu. Hər nə qədər Əhməd bəylə Əli bəy türkləri təlqin ediyorlardısa da aşkar türkçülük etdikləri yoxdu. Bu fikir sonradan qüvvət bulmaya başladı. “Türk yurdu”nun yurdçuluğunun Qafqasiya üzərinə təsiri oldu”.

Göründüyü kimi, M.Ə.Rəsulzadə yuxarıdakı fikrində üçlü düsturun formalaşmasının zamanını və ünvanını düzgün müəyyənləşdirib. Üçlü düstur Azərbaycan və Türkiyə mühitində məhz o zaman məfkurə şəklinə düşüb.

Formulun üç təməl prinsipləri maarifçi və elmi istiqamətlərdə XIX əsrin ortalarından başlayaraq ilk həyatını yaşamaqdaydı. Lakin 1910-cu ildən etibarən Azərbaycan və Türkiyə ictimai mühitində məfkurələşmə mərhələsi yaranır ki, üçlü düstur məhz bu zaman son şəklinə düşür. Formulun yeni mərhələyə çatmasında, siyasi məzmun kəsb etməsində və ideyadan nəzəriyyəyə çevrilməsində, heç şübhəsiz, Z.Göyalpın rolu böyükdür. Türkiyə inqilabından sonra ictimai, siyasi və ədəbi həyata atılan Z.Göyalp “Türk ocağı” dərnəyindəki fəaliyyəti, “Türk yurdu” dərgisindəki məqalələri ilə formulun nəzəri konturlarını müəyyənləşdirib, ərsəyə gəlməsini reallaşdırıb. Onun 1913-cü ildən başlayaraq “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturuna aid silsilə məqalələri dərc edilib, bu yazılar 1918-ci ildə eyniadlı kitaba çevrilib.

Üçlü düsturu sona çatdıran və ona yeni məzmun verən M.Ə.Rəsulzadənin “Açıq söz”ünə qədər Azərbaycan mətbuatında üçlü formul kimlərinsə məqalələrində işlənilibmi? Demək çətindir. Yalnız onu demək mümkündür ki, üçlü formulun formalaşması daha çox “İttihad və tərəqqi” partiyasının 1908-ci ildən sonrakı mərhələsinə təsadüf edir. Həmin il Osmanlıda baş verən inqilabdan sonra türk millətçiliyi genişlənir. O dövr türkçülüyün təşkilatlanma dövrü hesab olunur; türkçü dərnəklər və cəmiyyətlər formalaşır. “Türk dərnəyi” (1908), “Türk yurdu” (1911), “Türk ocağı” (1912) dərnək və dərgilərinin qurulması türkçülükdə yeni mərhələnin başlanğıcı olur.

M.Ə.Rəsulzadə Türkiyədən qayıtdıqdan sonra fikirlərinin ictimai yükü artır, “İqbal”, “Şəlalə” qəzetlərində erməni məsələsi, ərəb məsələsi, yeni dil, dil birliyi ilə bağlı məqalələr yazır. “Yeni lisançılar və türkçülər” məqaləsində türkçülüyün tarixinə ekskurs edərək Şinasi, Namiq Kamal, Əhməd Midhət Əfəndi, Xalid Ziya Paşa, Hüseyn Rəhmi bəyin fəaliyyətini qiymətləndirdikdən sonra şair Məmməd Əmin Yurdaqulun yaradıcılığı üzərində dayanır, onun türkcə sözlərdən və vəzndən istifadə etdiyini təqdir edir. “Dirilik nədir?”, “Millətin bir rüknü də dindir”, “Milli dirilik” və digər məqalələrində millətin keçdiyi yol, yaşadığı mövqe, mənsub olduğu irq problemlərinə aydınlıq gətirir. Müəllif sanki milli idealın konturlarını cızır, ictimai-siyasi fikirlər irəli sürür. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü düsturunu isə ilk dəfə “Tutacağımız yol” məqaləsində irəli sürür və bu təməl prinsipləri əsaslandırmağa çalışır. Üçlü düsturun hələlik Azərbaycan mətbuatında və ictimai fikrində bu şəkildə ifadə olunmasına ilk dəfə M.Ə.Rəsulzadənin bu məqaləsində rast gəlirik. Müəllif Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifələri məfkurə istiqamətinə yönəldir, onu yenidən işləyir, sanki xalqı gələcəkdə gözləyən dövlətçilik prinsiplərinə hazırlayır: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: dil, din və zaman.

Dilcə biz türküz, türkülük milliyyətimizdir...

Dincə müsəlmanız... Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz...

Zamanla da biz texnikanın elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız”.

M.Ə.Rəsulzadə məqalədə daha sonra məfkurə üzərində geniş dayanaraq üç əsasa sarılmalı olduğumuzu belə ifadə edib: “Türkləşmək, islamlaşmaq, müasirləşmək”.

M.Ə.Rəsulzadə üçlü formulun üzərinə “Açıq söz” qəzetinin nəşrə başlamasının bir ili tamam olanda “Getdiyimiz yol” məqaləsi ilə qayıdıb. Maraqlıdır ki, o, bir il əvvəl deyil, məhz bu məqalədə Ə.Hüseynzadənin üçlü düsturla bağlı xidmətini xatırlayıb: “Bir qolunu təşkil etməklə müftəxir olduğumuz türk-tatar millətinin tarixi yolunu təqiblə, bu əsasları Qafqasiya türk mətbuatında ilk dəfə olaraq möhtərəm Əli bəy Hüseynzadə cənabları bəyan edərək Rusiya inqilabının bir əsəri-feyzi olaraq ərseyi-şühudə gələn “Həyat” qəzetəsi ilə “Füyuzat” məcmuəsində yazdığı məqalələrində kəndilərinə məxsus istiarə ilə “türk qanlı, islam imanlı, firəng qiyafəli olalım”, - demişlərdi. Türk-tatar aləminə təsiri mühəqqəq olan digər inqilablardan sonra meydana çıxan nəzəriyyəçilərsə bu fikri “türkləşmək, islamlaşmaq, müasirləşmək” kibi açıq-aydın bir düstur halına qoydular”.

İstər “Tutacağımız yol”, istərsə də “Getdiyimiz yol” məqalələrində M.Ə.Rəsulzadə düsturu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində ifadə etməklə kifayətlənmir, onun ideoloji konturlarını da müəyyənləşdirir, nəzəri cəhətdən əsaslandırır. Lakin görünür ki, hələ bu zaman onun özündə də düstur tam şəkildə oturuşmamışdı. İkinci məqalədə təməl prinsiplərdən danışarkən müasirləşməni önə çıxarması və müzakirə etməsi ona daha çox dəyər verməsindən irəli gəlirdi. Formulun sonuncu ifadəsinə bir də biz onun məqalələrində rast gəlmirik, yalnız bayrağın rənglərində görürük. Bu isə formulun yeni variantı deməkdir ki, bu da M.Ə.Rəsulzadəyə məxsusdur. M.Ə.Rəsulzadə üçlü düsturu ilk dəfə olaraq nəzəri şəkildə əsaslandırmaqla yanaşı, onu siyasi müstəviyə gətirdiyi kimi, həm də dövlətçiliyin rəmzinə çevirib. Dövlətçiliyin təşkilində aydın siyasi məfkurəyə malik siyasi xadim M.Ə.Rəsulzadənin neçə illərdən bəri düşüncəsində formalaşdırdığı rəmzləri həm də bayrağın rəngində ifadə etməsi tamamilə məntiqi və qanunauyğundur.

Beləliklə, M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Z.Paşa, Ə.V.Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlli ilə qədər müxtəlif mərhələlərdən keçərək yol gələn üçlü düstur Z.Göyalp, M.Ə.Rəsulzadə ilə formalaşma mərhələsinə keçib. Z.Göyalp Türkiyədə, M.Ə.Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai, siyasi məzmun verməyə müvəffəq olublar. Ayrıca üçlü düsturun Azərbaycan Cümhuriyyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib