SİYASƏT


Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir

Roma, 20 may, AZƏRTAC

İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısında Azərbaycan həqiqətlərinin təbliği üçün görəcəyimiz işləri müzakirə etdik. Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir. İki ölkə arasında müxtəlif istiqamətlərdə, həmçinin siyasi və iqtisadi sahələrdə yaxşı əlaqələr var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyan deyib.

Təşkilatının fəaliyyətinə toxunun Cüzeppe Kaniliyan qeyd edib ki, Assosiasiya yarandığı 2014-cü ildən indiyədək iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsində yaxından iştirak edib və bir sıra tədbirlərin təşkilatçısı olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.