DÜNYA
Cüzeppe Konte: İtaliya hərbçilərinin Mosuldan çıxarılması martın sonuna planlaşdırılır
Roma, 9 fevral, AZƏRTAC
İtaliya Hökuməti ölkənin hərbi kontingentinin Əfqanıstandan mümkün çıxarılması xüsusunda texniki dəyərləndirməni aparmağa hazırlaşır.
AZƏRTAC “ANSA” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın baş naziri Cüzeppe Konte bildirib.
“Mosulda yerləşdirilən qoşun istisna olmaqla, heç bir hərbi kontingentlə bağlı hazırda hər hansı dəyərləndirmə aparılmır. Hərbi qüvvəni oradan çıxarmağımız martın sonuna planlaşdırılır”, – deyə C. Konte vurğulayıb.
“ANSA” agentliyinin məlumatına görə, İtaliyanın müdafiə naziri Elizabet Trentanın qoşunların Əfqanıstandan çıxarılmasının planlaşdırıldığı ilə bağlı XİN rəhbəri Enzo Milanesi məlumatlandırmadan ötən ay verdiyi bəyanatı çaşqınlığa səbəb olmuşdu.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]