ELM VƏ TƏHSİL


DAAD proqramından istifadə göstəricisinə görə Azərbaycan dünyada üçüncü yerdədir

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramının Bakı Məlumat Mərkəzinin rəhbəri Mara-Lisa Gezer və bu qurumun nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov Almaniya universitetləri ilə AzTU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb. O bildirib ki, bu ildən AzTU-nun maşınqayırma fakültəsində almandilli qrup yaradılıb. DAAD proqramı çərçivəsində AzTU-nun bir neçə aliminin Almaniyada təhsil aldığını, bəzilərinin bir müddət orada işlədiyini deyən X.Yahudov növbəti illərdə tələbatdan asılı olaraq almandilli qrupların sayının artırıla biləcəyini qeyd edib.

Növbəti 2 il müddətində Azərbaycanda olacağını və DAAD proqramının Bakı Məlumat Mərkəzinə rəhbərlik edəcəyini deyən Mara-Lisa Gezer AzTU ilə bir neçə istiqamət üzrə əməkdaşlıq formatının mümkün olduğunu bildirib. M.Gezer qeyd edib ki, DAAD proqramından istifadə göstəricisinə görə Azərbaycan Rusiya və ABŞ-dan sonra dünyada üçüncü yerdədir.

Görüşdə AzTU-nun almandilli qruplarının tədris materialları ilə təmin olunması, tələbələrin Almaniyaya yay məktəblərinə və təcrübəyə göndərilməsi, həmçinin müəllim-tələbə mübadiləsi kimi məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.