MƏDƏNİYYƏT
“DƏDƏ ÖMƏR RÖVŞƏNİ ƏLYAZMALARI ÜZƏRİNDƏ ARAŞDIRMALAR” KİTABI NƏŞR OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, institut bu günlərdə filologiya elmləri doktoru Azadə Musayevanın “Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar” kitabının II cildini nəşr etdirmişdir.
XV əsrdə yaşayıb-yaratmış görkəmli şairin əsərlərinin elmi-tənqidi mətninin daxil edildiyi bu cild müəllifin ədəbiyyatşünaslığa layiqli töhfəsi kimi qiymətləndirilir.
Kitabın redaktorları Mehmet Rıxtım və Musa Rza Heydərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]