MƏDƏNİYYƏT
DƏDƏ QORQUD GÜNÜ QEYD OLUNMUŞDUR
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi münasibətilə keçirilən bu tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir.
İnstitutun direktoru Hüseyn İsmayılov Azərbaycan folklorşünaslığında “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmalarda əldə olunmuş elmi nəticələrdən bəhs etmiş, “Göyçə əfsanə və rəvayətlərində Dədə Qorqud izləri” mövzusunda məruzəsində maraqlı elmi fikirlər söyləmişdir.
Tədbirdə cənublu soydaşımız, tanınmış alim və naşir Cavad Heyət, AMEA-nın müxbir üzvü, qorqudşünas Tofiq Hacıyev və başqaları Dədə Qorqud haqqında düşüncələrini bölüşmüşlər. Onlar Dədə Qorqudun tarixi şəxsiyyət olması, dastanın yarandığı dövrdə oğuzların adət-ənənələri, dastanın dili və yaşı barədə ətraflı danışmışlar.