DÜNYA
DAĞISTANIN DAXİLİ İŞLƏR NAZİRİNİ QƏTLƏ YETİRMƏK İSTƏMİŞLƏR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, avqustun 8-də Dağıstan Respublikanın daxili işlər nazirinin maşın karvanı atəşə tutulmuşdur.
Agentliyin müsahibi demişdir: “Daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun olduğu maşın karvanı Buynakska gedərkən naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur”. O bildirmişdir ki, nazir zərər çəkməyib, lakin iki mühafizəçi yaralanmışdır.
Hüquq mühafizə orqanlarının məlumatına görə, avqustun 8-də maşın karvanı həmin gün səhər Buynaksk prokuroru maşınının partladıldığı yerə gedərkən atəşə tutulmuşdur.
Avqustun 8-də səhər Buynaksk prokuroru Bitar Bitarovun maşını gedən yolda partladıcı qurğu işə düşmüş və o, ağır yaralanmışdır. Prokuror xəstəxanaya aparılmış və burada keçinmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]