DÜNYA


DAĞISTANLI ALİMİN MƏKKƏ ÜÇÜN LAYİHƏSİ

AZƏRTAC Dubayın ingilisdilli “Deyli əl-Bəyan” qəzetinə istinadla xəbər verir ki, dağıstanlı alim Həmid Xalidovun Məkkənin və digər müqəddəs yerlərin ziyarət günlərində içməli su və sərin hava ilə təmin olunması üçün hazırladığı layihə ərəb ölkələrində böyük maraq doğurmuşdur.

H.Xalidov Dubay aviasalonunda keçirilmiş mətbuat konfransında çıxış edərək, “Dirilik suyu” adlandırdığı layihə barədə məlumat vermişdir. Təxminən 160 milyon dollar dəyərində olan layihənin həyata keçirilməsi cənub qütbündə aysberqlərdən kəsilib Ciddəyə gətiriləcək buzdan alınan içməli su və soyuq hava Mina və Ərəfatda qurulan çadırlara vurulacaq və bu, bir litr suyun qiymətini bir sentə endirməyə imkan verəcəkdir. Alim Antarktikadan buzu yeni növ gəmilərin - nəqliyyat trimaranlarının köməyi ilə gətirməyi təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.