REGİONLAR
“DAĞ VƏ YÜKSƏK DAĞLIQ ƏRAZİLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ” PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANMIŞDIR
Proqram uzun müddət, yəni 14 il üçün nəzərdə tutulmuşdur. Onun birinci mərhələsi 7 il ərzində həyata keçiriləcəkdir. Layihə birgə inkişafı, gəlir yaradılmasını, ətraf mühitin yaxşılaşdırılması və proqramın idarə edilməsi məsələlərini nəzərdə tutur.
Yerlərdə fermerlərə bu layihə ilə bağlı kreditlərin verilməsi məqsədilə hazırlıq işləri gedir. Qəbələ rayonunda sosial infrastrukturun yaxşılaşdırılması üçün Vəndam, Aydınqışlaq, Bum, Həmzəli və Mıxlıqovaq kəndlərində 15 obyektdə təmir-tikinti işləri aparılmış, məktəblər, uşaq bağçası, həkim məntəqəsi və digər obyektlər, habelə artezian quyuları təmir edilərək istifadəyə verilmişdir. Rayonun Bum və Vəndam kəndlərində süni mayalama məntəqəsi tikilmişdir. Şahbuzda da bu istiqamətdə işlər gedir. Yaxın aylarda Gədəbəy və Lerikdə də proqrama uyğun tədbirlər görüləcəkdir.