SİYASƏT
DAHA BİR QƏDİM MUSİQİ ALƏTİ BƏRPA EDİLMİŞDİR
Bakı Musiqi Akademiyası Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında Azərbaycanın XIII əsr görkəmli musiqişunası Səfiəddin Urməvinin ixtira etdiyi “Nüshə” adlı çoxsimli musiqi alətinin bərpası başa çatdırılmışdır.
Laboratoriyanın müdiri Məcnun Kərimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 108 simi olan bu alət yaxın vaxtlarda musiqi ictimaiyyətinə təqdim ediləcəkdir.
İndi laboratoriyanın əməkdaşları S.Urməvinin “Muğni” musiqi alətinin bərpası üzərində çalışırlar. Uda bənzəyən bu alət 34 simlidir. Hazırda laboratoriyada bu alət haqqında tarixi mənbələrdən materillar toplanır.
İndiyədək elmi laboratoriyada “Çəng”, “Bərbət”, “Çəqanə”, “Səntur”, “Rübab”, “Təmbur”, “Qolça qopuz” kimi unudulmuş qədim musiqi alətləri bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]