İQTİSADİYYAT
DAHA BİR XEYİRXAH LAYİHƏ BAŞA ÇATMIŞDIRNƏTİCƏDƏ 230 MƏCBURİ KÖÇKÜN AİLƏSİ EVLƏ TƏMİN EDİLMIŞDİR
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, münaqişədən əvvəl bu kənddəki 574 evdə 650 ailə yaşayırdı. Erməni silahlı qüvvələrinin işğalı altında qaldığı müddətdə həmin evlər tamamilə dağıdılmışdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzulinin 22 kəndi, o cümlədən Alxanlı azad edildikdən sonra Beynəlxalq Xilasetmə Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə burada 147 ev tikilib istifadəyə verilmişdir. Bu evlərə köçürülən əhali respublikanın cənubunda Federasiya tərəfindən idarə olunan yeddi çadır şəhərciyində məskunlaşmışdılar. “Yeni bərpa və vətənə qayıdış” layihəsi çərçivəsində isə daha 151 ev tikilmiş və onlara 230 ailə köçürülmüşdür. Qeyd edilməlidir ki, inşaatçılar məcburi köçkünlərin öz arasından seçilmişdilər. Qənaət olunmuş tikinti materialları hesabına əlavə 11 ev və məktəb binası tikilmişdir. Yeni məktəbdə 250 şagird təhsil alır.