MƏDƏNİYYƏT
DƏMƏŞQDƏ YAXIN ŞƏRQDƏ İLK OPERA EVİ AÇILIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, mayın 7-də Dəməşqdə Suriyanın sabiq prezidenti Hafiz Əsədin adını daşıyacaq Operanın - Mədəniyyət və incəsənət evinin təntənəli açılış mərasimi olacaqdır. Ərəb dünyasında bu cür mədəniyyət mərkəzi yalnız Qahirədə var.
Layihəsi Britaniya mütəxəssisləri tərəfindən hazırlanmış Opera binası 1973-cü ildən bəri tikilməyə başlanmışdır. Lakin 1994-cü ildə, açılış ərəfəsində elektrik naqilindəki nasazlığa görə bina tamamilə yanmış və ancaq bu yaxınlarda tikilib tamamlanmışdır.
Bina 35-40 metr hündürlüyündə qülləni xatırladır və üç salondan – kamera, dram tamaşaları və ən iri salondan, 1250 tamaşaçı üçün nəzərdə tutulan opera salonundan ibarətdir.
Operanın əsas qurğularından biri hava yastıqları üzərində hərəkət edən iri orqandır. Onun dəyəri təxminən 500 min dollardır. Belə musiqi aləti ilə yalnız daha iki ölkə, o cümlədən Almaniya öyünə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]