REGİONLAR
DAMAZLIQ İŞLƏRİNƏ DİQQƏT ARTIRILIR
Son illər Şamaxı rayonunda heyvandarlıq sürətlə inkişaf edir. Rayonda qaramalın sayı 33 min 354 başa, davarın sayı isə 163 min 489 başa çatmışdır. Hazırda heyvanların cins tərkibinin yaxşılaşdırılması, sürü və naxırlarda daha məhsuldar cinslərin yetişdirilməsi məqsədilə damazlıq işlərinə xüsusi diqqət yetirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son bir ildə Şamaxıda maldarlıq üzrə 4, qoyunçuluq üzrə 2, quşçuluq üzrə 1 özəl damazlıq təsərrüfatı yaradılmışdır.
Rayonda qoyunçuluq üzrə “Qələbə” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi fəaliyyət göstərir. Təkcə keçən il müəssisə 350 baş damazlıq davar yetişdirib satmışdır.