İQTİSADİYYAT
DƏMİRYOLÇULARIMIZ BEYNƏLXALQ TOPLANTIDA İŞTİRAK EDƏCƏKLƏR
İki gün davam edəcək toplantıda cari ilin 8 ayında qurumun üzvü olan dövlətlərin dəmir yollarında istismar işlərinin yekunları, bu il mayın 21-nə qədər yük vaqonlarının və konteynerlərin siyahıya alınmasının ilkin nəticələri, 2004-2005-ci illər üçün qatarların hərəkət cədvəllərinin tutulması, artan yüklərin yeni hərəkət heyətləri ilə təmin olunması, yük vaqonlarından və konteynerlərdən qarşılıqlı istifadə edilməsinə dair hökumətlərarası razılığın yerinə yetirilməsi, dəmir yollarında hərəkət tərkibinin və iri tonnajlı konteynerlərin avtomat-identifikasiyası sistemi üzrə kompleks proqramın vəziyyəti, beynəlxalq sərnizindaşıma tarifləri ilə bağlı əldə olunmuş razılaşmaya əlavə və dəyişikliklər edilməsi, fövqəladə hallar zamanı dəmir yolu nəqliyyatındakı təhlükəli yüklərdə baş verə biləcək qəzaların aradan qaldırılması, eləcə də növbəti, XXXVII toplantının keçirilmə yeri və tarixinin müəyyənləşdirilməsi müzakirə olunacaqdır.