İQTİSADİYYAT
DƏMİRYOLÇULAR BEYNƏLXALQ TOPLANTIDA İŞTİRAK ETMİŞLƏR
İdarənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, toplantıda cari ilin 8 ayında qurumun üzvü olan dövlətlərin dəmir yollarında istismar işlərinin yekunları, bu il mayın 21-nə qədər yük vaqonlarının və konteynerlərin siyahıya alınmasının ilkin nəticələri, 2004-2005-ci illər üçün qatarların hərəkət cədvəllərinin tutulması, artan yüklərin yeni hərəkət heyətləri ilə təmin olunması, yük vaqonlarından və konteynerlərdən qarşılıqlı istifadə edilməsinə dair hökumətlərarası razılığın yerinə yetirilməsi, beynəlxalq sərnizindaşıma tarifləri ilə bağlı əldə olunmuş razılaşmaya əlavə və dəyişikliklər edilməsi, fövqəladə hallar zamanı təhlükəli yüklərdə baş verə biləcək qəzaların aradan qaldırılması və sahəyə aid olan digər məsələlər müzakirə olunmuşdur.
Toplantı iştirakçıları son illər Azərbaycanda dəmir yolunda görülən işləri, sahənin inkişafı üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə olunmasının əhəmiyyəti vurğulanmışdır.
Azərbaycanla MDB və Baltikyanı ölkələr arasında sərnişin daşınması və yük dövriyyəsinə aid mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən razılıqlar əldə olunmuşdur.