İQTİSADİYYAT
DƏMİR YOLUNDA İSTİFADƏ OLUNAN VAQONLARIN ƏKSƏRİYYƏTİNİN İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini Musa Pənahov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sərnişin daşınmada istifadə olunan 25 mindən çox vaqondan 13 mininin istismar müddəti başa çatmışdır. Belə vaqonlardan isstifadə təhlükəsizlik baxımından qorxuludur. Azərbaycan belə vaqonları Rusiyadan alırdı. Son dövrlər isə qiymətlər demək olar ki, 2 dəfə artmışdır. Əvvəllər bir çən vaqonun qiyməti 18-19 min dollar olduğu hada indi 35-36 min dolları ötüb.
Azərbaycan Dövlət Dəmir Yolu çən və sərnişin vaqonlarının alınması, lokomotiv və vaqon parklarının yeniləşdirilməsi üçün vəsait axtarır. Beynəlxalq qurumardan kreditlər alınması istiqamətində danışıqlar aparlır. Çox güman ki, beynəlxalq maliyyə qurumları vaqonların alınması üçün güzəştli kredit ayıracaqlar.