İDMAN


“DAMS” komandasının pilotu Markus Armstronq Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşündə mübarizəni dayandırıb

Bakı, 6 iyun, AZƏRTAC

“DAMS” komandasının pilotu Markus Armstronq Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşündə mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, “Carlin” komandasının pilotu Dan Tiktumun bolidinə toxunduqdan sonra M.Armstronqun bolidi təhlükəsizlik səddinə çırpılıb və mübarizəni dayandırıb.

Qeyd edək ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.