DÜNYA


DANİMARKA QAZAXISTANDA TİCARƏT NÜMAYƏNDƏLİYİNİ AÇACAQ

Qazaxıstanın iqtisadi mərkəzində - ölkənin keçmiş paytaxtı Almatıda Danimarkanın ticarət nümayəndəliyinin açılması Danimarka biznesinin Qazaxıstana böyük marağını göstərir.

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Almatıda ticarət nümayəndəliyinin açılması ilə Qazaxıstanda fəaliyyət göstərən, yaxud işləmək istəyən danimarkalı iş adamlarına öz ölkəsinin ekspertləri ixtisaslı məsləhətlər verəcəklər.

Danimarka XİN-in İxrac Şurasının başçısı Birger Riis-Yorgensen bildirmişdir ki, Qazaxıstan olduqca maraqlı, get-gedə inkişaf edən, lakin eyni zamanda mürəkkəb və tanış olmayan bazardır. Odur ki, həmin bazarda işə kömək etmək üçün ticarət nümayəndəliyinin açılması təbiidir. Bu, danimarkalı iş adamlarına bir çox qapıları açmağa və eyni zamanda, səhvlər buraxmamağa imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.