Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DANIŞIQLAR MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞDİR

İyunun 11-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın müdafiə naziri Pavel Qraçov arasında danışıqlar olmuşdur. Günortaüstü təkbətək başlanmış danışıqlar bir saatdan sonra Rusiya hərbi ekspertlərinin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Valter Şoniyanın iştirakı ilə geniş tərkibdə davam etdirilmişdir. Danışıqlarda Azərbaycan tərəfdən Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov, Baş nazirin birinci müavini Fuad Quliyev, dövlət müşavirləri, respublikanın xarici işlər, qüvvə nazirliklərinin rəhbərləri iştirak etmişlər.

Əvvəlcə belə güman edilirdi ki, qonşu ölkənin hərbi idarəsinin başçısı Bakıya əsasən Ermənistan–Azərbaycan münaqişəsi zonasında sülh yaratmaq əməliyyatında Rusiyanın iştirakının mümkünlüyü məsələsini müzakirə etmək üçün gəlmişdir. Pavel Qraçov bunu inkar etməyərək jurnalistlərə demişdir ki, onun əsas vəzifələrindən biri atəşin dayandırılması və qoşunların aralandırılması haqqında mayın 17-də Ermənistanın və Rusiyanın imzaladıqları protokolu Azərbaycan tərəfinin imzalamağa razılıq verməsinin zəruriliyinə Heydər Əliyevi inandırmağa cəhd göstərməkdir. Moskva görüşünün əsas iştirakçılarından birinin – respublikanın müdafiə naziri Məmmədrəfi Məmmədovun dediyinə görə, Azərbaycan tərəfi bu məsələdə yenə əvvəlki mövqeyində qalır. Azərbaycan təkid edir ki, qoşunların aralandırılması ilə bir vaxtda Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini boşaltsın.

Heydər Əliyev bu görüşün mühümlüyünü qeyd edərək, iki qonşu dövlət arasındakı münasibətlərin dostluq xarakterini xüsusi vurğulamışdır. O demişdir ki, son vaxtlar bu münasibətləri müvəffəqiyyətlə inkişaf etdirmək və möhkəmləndirmək üçün az iş görülməmişdir. Bununla yanaşı, Heydər Əliyev belə hesab edir ki, əməkdaşlığı genişləndirmək üçün daha sıx, o cümlədən hərbi sahədə əlaqələr yaratmaq lazımdır. Bunu həm Rusiyanın, həm də Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi tələb edir. Heydər Əliyev fürsətdən istifadə edərək, Pavel Qraçovu Rusiyanın milli bayramı – İstiqlaliyyət günü münasibətilə təbrik etmiş və Rusiya Prezidenti Boris Yeltsinə və Rusiya xalqına onun ən səmimi təbriklərini yetirməyi xahiş etmiş, xoşbəxtlik, firavanlıq və demokratik cəmiyyət quruculuğunda uğurlar arzulamışdır.

Rusiyanın müdafiə naziri də iki ölkə arasında çoxtərəfli əməkdaşlığın qaydaya salınmasına, onun daha yüksək səviyyəyə qaldırılmasına tərəfdar çıxmışdır. O demişdir ki, bu məsələdə Azərbaycan Rusiya tərəfindən tam anlaşma ilə qarşılaşacaqdır. Rusiya nazirinin dediyinə görə, onun Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır və eyni zamanda işgüzar səfərdir.

Rusiyanın müdafiə naziri uğurlu adlandırdığı danışıqların yekunlarını şərh edərkən jurnalistlərə demişdir ki, görüşdə əsas diqqət sırf hərbi xarakterli iki məsələyə yönəldilmişdir. Bunlardan birincisi Qəbələdə yerləşən və əvvəllər keçmiş SSRİ Silahlı Qüvvələrinə məxsus olan raket hücumundan xəbərdarlıq stansiyasının gələcəyinə aiddir. Pavel Qraçovun dediyinə görə, bu məsələdə Azərbaycan Prezidenti Heydər Əliyev də belə bir fikirdədir ki, Qəbələ radiolokasiya stansiyasının təkcə Rusiya və Azərbaycan üçün deyil, həm də MDB-nin digər ölkələri, bütün dünya dövlətləri üçün strateji əhəmiyyəti var. Pavel Qraçov bildirmişdir ki, obyektin istismarı barədə saziş imzalamaq üçün ekspertlərə tapşırılmışdır ki, bu məsələni tezliklə işləsinlər. Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Viktor Prudnikov vəziyyəti yerində öyrənmək üçün ekspertlər qrupu ilə birlikdə Qəbələdə olmuşdur.

Bundan əlavə, Rusiyanın nümayəndə heyəti Zaqafqaziyada vahid hava hücumundan müdafiə sistemi yaradılması haqqında təklifi Azərbaycan tərəfinin müzakirəsinə vermişdir. Bundan əvvəl həmin təklif Ermənistanda və Gürcüstanda aparılan danışıqlar zamanı, müzakirə edilmiş və həmin dövlətlər tərəfindən qəbul olunmuşdur. Rusiya müdafiə nazirinin dediyinə görə, Heydər Əliyev bu ideyanı müsbət qarşılamış, Azərbaycanın müdafiə nazirinə həmin məsələni öyrənməyi tapşırmışdır. Pavel Qraçov bu məsələnin müsbət həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir. O qeyd etmişdir ki, istənilən halda, hətta Azərbaycandan müsbət cavab alınmasa da, biz Rusiya, Ermənistan və Gürcüstanın iştirakı ilə Zaqafqaziyada vahid hava hücumundan müdafiə sistemi yaradacağıq.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsinə toxunarkən Pavel Qraçov demişdir ki, Heydər Əliyevlə təkbətək söhbətində o, yeni çox şey əxz etmişdir. Rusiya naziri qeyd etmişdir ki, Moskvaya qayıdanda Rusiya Prezidenti Boris Yeltsinə ətraflı məlumat verəcəkdir. Pavel Qraçovun dediyinə görə, o, Azərbaycan Prezidenti ilə söhbətindən özü üçün iki mühüm nəticə çıxarmışdır. Birincisi Azərbaycandakı daxili siyasi vəziyyətin münaqişəyə təsiri ilə bağlıdır. İkincisi isə ondan ibarətdir ki, problemin həllinə dair Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərtərəfli siyasi müqavilə imzalanmayınca atəşin və hərbi əməliyyatların dayandırılması haqqında hər hansı məhdud sazişin səmərəsi olmayacaqdır. Bununla əlaqədar o bildirmişdir ki, hazırda Xarici İşlər Nazirliyinin və başqa idarələrin xətti ilə belə bir sənəd üzərində iş gedir.

Pavel Qraçov demişdir ki, indi Azərbaycan və Ermənistan atəşin dayandırılması haqqında sazişə ümumən əməl edirlər. Lakin onda olan məlumata görə, tərəflərin hər biri qüvvələrini toplayır ki, bu da hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər. Eyni zamanda nazir əmin etmişdir ki, vasitəçi kimi Rusiya münaqişə zonasında vəziyyətə nəzarət edir.

Pavel Qraçovun dediyinə görə, görüş zamanı Rusiyanın sülhməramlı qüvvələrinin regiona yeridilməsi haqqında məsələ müzakirə olunmamışdır.

Rusiyanın müdafiə naziri və onu müşayiət edən şəxslər elə həmin gün Moskvaya qayıtmışlar.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib