Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DƏRMAN VASİTƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR “SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIQ HAQQINDA” VƏ “ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-CI IL 9 OKTYABR TARİXLİ 427-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 427-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 498) 2-ci bəndinin üçüncü abzasında “41-ci” sözlərindən əvvəl “36-cı maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin.

3. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 aprel tarixli 220 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 295; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 618 nömrəli Fərmanı) 1-ci bəndində “tibb təyinatlı məhsulların və texnikanın” sözləri “tibb vasitələrinin” sözləri ilə əvəz edilsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin