İQTİSADİYYAT


DAŞINAN YÜKLƏRİN HƏCMİ 12,2 FAİZ ARTMIŞDIR

2003-cü ilin yanvar-iyun aylarında respublikamızın nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 53,5 milyon ton yük daşınmışdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. Daşınan yüklərin 53,6 faizi avtomobil, 16,4 faizi boru kəməri, 18 faizi dəmir yolu, 12 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.

Ölkəmizin tranzit imkanları bütün növ nəqliyyatlarda daşınan yüklərin dinamik artımına səbəb olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.