İQTİSADİYYAT


DAŞINMAZ DÖVLƏT ƏMLAKININ REGİSTRİ APARILIR

2003-cü ildə daşınmaz dövlət əmlakının Registrinin aparılması, toplanmış məlumatların təhlili sahəsində işlər davam etdirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən ildə daşınmaz dövlət əmlakı haqqında məlumatlar əsasında 1760 müəssisə və təşkilatdan əvvəlki dövrlərdə təqdim olunmamış və ya yeniləşdirmə məqsədi ilə məlumatlar alınmış, Mərkəzi Registrə daxil edilmişdir.

Bundan əlavə, həmin dövrdə 2016 müəssisə və təşkilat, 11268 daşınmaz dövlət əmlakı barədə məlumat Registrdə qeydiyyata alınmışdır. Ümumiyyətlə, ilin sonunadək 14591 müəssisə və onların filallarının sərəncamındakı 114261 daşınmaz əmlak barədə, habelə 1198 özəlləşdirilmiş müəssisə və 15482 özəlləşdirilmiş əmlak haqqında məlumatlar qeydiyyata alınmışdır.

Daşınmaz dövlət əmlakı üzərində bağlanılan əqdlərin (əmlakın özəlləşdirilməsi, icarəyə verilməsi) qeydiyyatının aparılması işləri də təmin edilir. Belə ki, 1997-ci ildən cari dövrədək icarə müqaviləsi bağlanılan 5992, icarəyə götürülüb özəlləşdirilən 4989 obyekt və qeyri-yaşayış sahələri haqqında məlumatlar Registrdə qeydiyyata alınmışdır. Hazırda bu işlər müntəzəm şəkildə davam etdirilir.

Ötən il ərzində dövlət müəssisələrinin, obyektlərinin özəlləşdirilməsi və səhmdar cəmiyyətlərin yaradılması haqqında sərancamların Registrdə qeydiyyatı aparılmış və müvafiq dəyişikliklər edilmişdir.

Dövlət və özəlləşdirilmiş müəssisə və təşkilatların sərancamlarında olan daşınmaz əmlakların yerləşdiyi torpaq sahələri və onların ayrılması haqqında müvafiq icra hakimiyyəti orqanlarının sərancamları haqqında məlumatların toplanması və Registrdə qeydiyyata alınması sahəsində də iş gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.