MƏDƏNİYYƏT
DAŞKƏNDDƏ MAQSUD ŞEYXZADƏNİN YUBİLEYİ KEÇİRİLMİŞDİR
Özbəkistan Yazıçılar İttifaqında özbək ədəbiyyatının klassikinə çevrilmiş görkəmli şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi Maqsud Şeyxzadənin anadan olmasının 95 illiyi ilə bağlı xatirə gecəsi keçirilmişdir. Gecəni Özbəkistan Yazıçılar İttifaqının sədri, Özbəkistan qəhrəmanı Abdulla Aripov açaraq, M.Şeyxzadənin özbək poeziyası və dramaturgiyasının inkişafındakı xidmətlərindən danışmışdır. Çıxış edən yazıçı və şairlər onun insani keyfiyyətlərindən, pedaqoji fəaliyyətindən, özbək ədəbiyyatının inkişafına verdiyi töhfədən söz açmışdır.
Yığıncaqda deyilmişdir ki, Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə M.Şeyxzadənin “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunması onun əsərlərinə və şəxsiyyətinə verilən böyük qiymətdir.
Xatırladırıq ki, 1928-ci ildə Daşkəndə gələn tanınmış soydaşımız ömrünün axırınadək burada yaşamış, Nizamı Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda fəaliyyət göstərmişdir. Şairin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” dram əsərləri, “Daşkəndnamə”, “Ağsaqqal” kimi kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunmuşdur.
Maqsud Şeyxzadə Nizaminin, Füzulinin, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, R.Rzanın əsərlərini özbək dilinə tərcümə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]