İQTİSADİYYAT


DAŞKƏNDDƏ XOCALI FACİƏSI ILƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Özbəkistandakı səfirliyi Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzləru Assosiasiyası ilə birgə anma mərasimi keçirmişdir.

Mərasimin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.

Müvəqqəti işlər vəkili Zəbi Axundov Xocalı şəhərinin müdafiəçiləri və dinc sakinlərinə qarşı törədilmiş bu cinayət haqqında geniş məlumat vermiş, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən digər cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları cəzalarına çatacaqlar.

Soydaşlarımızdan Yusif Əliyev, Kamil Kərimov, Həmid Hüseynov bu vəhşiliyi Xatın və Sonqmi faciələri ilə müqayisə etmiş, cinayətkarları lənətləmişlər.

Mərasimin sonunda “Xocalı-Əsrin faciəsi” sənədli filmi göstərilmiş, iştirakçılara faciə ilə əlaqədar məlumatlar toplusu paylanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.