SİYASƏT
DAŞKƏND VİLAYƏTİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənd vilayətinin Almalık şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) yaradılmasına həsr olunmuş mərasimi keçirilmişdir.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzi sədrinin müavini Münaccat Nurmatova, Almalık şəhər hakiminin müavini Cahangir İkramov və başqaları mədəniyyət mərkəzlərinin çoxmillətli Özbəkistanın həyatında müsbət rolundan danışmışlar.
Sonra “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.
AMM-nin sədri Şahin Bayramovu müzbirimizə bildirmişdir ki, Daşkənd vilayətində yaşayan soydaşlarımızın əksəriyyəti repressiya qurbanlarının ailələridir. Onlar xalqımızın adət-ənənələrini bu günədək qoruyub saxlamışlar. Məqsədimiz vilayətin Anqren, Axanqaran, Çirçik və başqa şəhərlərində yaşayan soydaşlarımızı bir yerə yığmaq, onlarla məqsədyönlü iş aparmaqdır.