SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRİNİN DÜŞƏNBƏYƏ SƏFƏRİ
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 23-dək davam edəcək iclasda MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, dövlətlərarası axtarışda olan şəxslərin axtarılmasına dair vahid qaydalar təsdiq ediləcəkdir. İclasda həmçinin MDB üzvü olan ölkələrin 2007-2010-cu illərdə insan alveri ilə mübarizə sahəsində proqram layihəsinə, Rusiya Daxili İşlər Nazirliyi Baş İnformasiya-Analitik Mərkəzinin bazasında fəaliyyət göstərəcək dövlətlərarası informasiya bankının formalaşdırılması və bu sahədə Hökumətlərarası Saziş layihəsinin hazırlanmasına, əl-barmaq və güllə-giliz izlərinə dair vahid avtomatlaşdırılmış məlumatlar bankı şəbəkəsinin yaradılmasına, həmçinin bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.