SİYASƏT


DAXİLİ İŞLƏR NAZİRİ İRANA YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin mayında İran İslam Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşmasına və hərtərəfli əməkdaşlığın genişlənməsinə təkan vermişdir. Bu dostluğun və əməkdaşlığın təzahürü olaraq, respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iranlı həmkarı Seyid Əbdülvahid Musəvi Larinin dəvəti ilə İran İslam Respublikasına səfərə yola düşmüşdür. 

Üç gün davam edəcək səfər zamanı nazir Ramil Usubovun İranın bir sıra dövlət xadimləri ilə görüşləri və iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.