Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAXİLİ İŞLƏR ORQANLARININ VƏ DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİ DÖVLƏTÇİLİYİMİZƏ VƏ MÜSTƏQİLLİYİMİZƏ BUNDAN SONRA DA SADİQ OLACAQDIR

Yanvarın 27-də Daxili İşlər Nazirliyində respublikamızda 2003-cü il ərzində daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına, habelə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, cinayətkarlığa qarşı mübarizə sahəsində ötən illərdə əldə olunmuş nailiyyətlər qorunub saxlanmış, bu iş əvvəlki illərə nisbətən daha yaxşı təmin edilmişdir. Ümummilli liderimiz, Azərbaycan xalqının böyük oğlu Prezident Heydər Əliyevin son on illik rəhbərliyi dövründə ölkəmizdə sabitlik, əmin-amanlıq bərqərar olmuş, dövlətçiliyimiz daha da möhkəmləndirilmişdir.

2003-cü il həm də xalqımız üçün ən kədərli illərdən biri oldu. Azərbaycan onu beynəlxalq aləmdə tanıdan, böyük şəxsiyyəti, dünyanın ən böyük siyasətçilərdən birini itirdi. Lakin Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq, onun ideyaları Azərbaycanın inkişafına bundan sonra da yol göstərəcəkdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra general-polkovnik Ramil Usubovun “2003-cü ildə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr haqqında” geniş məruzəsi dinlənildi. Nazir dedi ki, ölkəmizin taleyində, onun ictimai-siyasi və mənəvi həyatında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işləri, sosial-iqtisadi və siyasi-hüquqi islahatlar 2003-cü ildə də davam etdirilmiş, ictimai həyatımızın bütün sahələrində müsbət göstəricilər əldə olunmuşdur. Həyata keçirilmiş bir sıra təşkilati-praktiki tədbirlər nəticəsində cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi, sabitliyin qorunması işində də uğurlu nəticələr qazanılmışdır.

Nazir ölkəmizdə iqtisadiyyatın inkişafı, xalqın sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən tədbirləri xatırlatdı, ötən il keçirilmiş Prezident seçkilərində xalqın Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə səs verməsini ən düzgün addım kimi qiymətləndirərək dedi ki, məhz Prezident İlham Əliyevin ilk gündən qəbul etdiyi qərarlar, nəzərdə tutulmuş geniş quruculuq işləri xalqımızın gələcək rifahına zəmanət verir.

O vurğuladı ki, ötən il daxili işlər orqanları tərəfindən aparılmış zəruri təşkilati və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlıqla mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində qarşıda duran vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmişdir. Görülmüş əməli tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2 faiz, o cümlədən şəxsiyyət əleyhinə cinayətlər 3,9 faiz, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər 1,4 faiz, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 12,9 faiz azalmışdır. Cinayətlərin digər növlərinin dinamikasında da müsbət dəyişikliklər baş vermişdir. Qəsdən adamöldürmələr 13,7 faiz, hədə-qorxu ilə tələbetmələr 33,9 faiz, quldurluq 10,4 faiz, soyğunçuluq 7,7 faiz, mal-qara oğurluqları isə 8,7 faiz azalmışdır.

Hesabat dövründə mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə işi daha məqsədyönlü xarakter almış, Zaqatala-Balakən bölgəsində bir sıra ağır və xüsusilə ağır cinayətlər, o cümlədən silahlı quldur basqını törətmiş iki cinayətkar dəstə zərərsizləşdirilmişdir. Ümumiyyətlə, respublika üzrə qrup halında 1594 cinayət baş vermiş, bu cinayətlər üzrə 3408 cinayətkar zərərsizləşdirilmişdir. Nəticədə qrup şəklində törədilən cinayətlərin sayı 10 faiz azalmışdır.

Nazir xüsusi vurğuladı ki, Azərbaycanda 2002-ci illə müqayisədə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayı 194-dən 185-ə enmişdir ki, bu da MDB məkanında ən yaxşı göstəricidir. Cinayət-axtarış xətti üzrə qeydə alınmış cinayətlərin 93,8 faizi, onların ağır və xüsusilə ağır növlərinin isə 92 faizi açılmışdır.

Axtarılan 5124 nəfər, o cümlədən MDB ölkələrində gizlənmiş 345 nəfər, habelə dövlət hakimiyyəti əleyhinə cinayətlər törətmiş 8 nəfər respublikaya gətirilərək, məhkəmə məsuliyyətinə cəlb olunmuşlar. MDB ölkələri tərəfindən axtarılan 60 nəfər cinayət törədən şəxs respublikamızda tutularaq həmin dövlətlərə təhvil verilmişdir.

Ötən il qanunsuz saxlanılan 2035 odlu silah, 257 minə yaxın döyüş sursatı götürülmüş, bu sahədə cinayətlərə görə 123 nəfər məsuliyyətə cəlb olunmuşdur. Bu tədbirlər öz bəhrəsini vermiş, nəticədə odlu silahlarla törədilən cinayətlərin sayı 33,3 faiz azalmışdır.

Narkotiklərlə mübarizə işi Ümummilli Proqram əsasında qurulmuş, ötən il qanunsuz dövriyyədən 161 kiloqrama yaxın, yəni 2002-ci illə müqayisədə 70 kiloqramdan çox müxtəlif narkotik vasitə, həmçinin belə vasitələrin hazırlanmasında istifadə edilən 861 kiloqram xammal götürülmüş, 291 tona yaxın narkotik tərkibli bitki aşkar olunaraq məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 1827 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Nazir cinayətkarlıqla mübarizədə, o cümlədən silahlı quldur dəstələrinin zərərsizləşdirilməsində, ictimai-siyasi sabitliyin dönməzliyinin saxlanılmasında, bütövlükdə hüquq qaydalarının təmin edilməsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətinin böyük əməyinin olmasını da xüsusi vurğuladı.

R.Usubov ötən il görülən işlər və qazanılan uğurlarla yanaşı, daxili işlər orqanlarının əməliyyat xidməti fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqların olduğunu da təəssüflə bildirdi, onların aradan qaldırılması barədə konkret tapşırıq və tövsiyələr verdi.

Daxili işlər naziri iştirakçılar adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etdi ki, dövlətçiliyimizə və müstəqilliyimizə daim sadiq olan, son 10 ilin bütün çətinliklərindən, sınaqlarından əzmlə çıxmış, zəngin təcrübə toplayaraq daha da mətinləşmiş, böyük potensiala malik daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 2004-cü ildə də cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması sahəsində daha böyük uğurlara və yüksək göstəricilərə nail olacaq, dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının müdafiəsini yüksək səviyyədə təmin edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov kollegiya iclasında çıxış edərək, son illər dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması, sabitliyin, qanunçuluğun və hüquq qaydalarının qorunması sahəsində daxili işlər orqanlarının mühüm nailiyyətlər əldə etdiyini onların gərgin əməyinin, məqsədyönlü fəaliyyətinin dövlətimizin başçısı və xalqımız tərəfindən təqdir edildiyini vurğuladı. O, Prezident İlham Əliyevin Fransaya ilk rəsmi səfərini xatırladaraq, daxili işlər orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən və vacibliyindən də danışdı.

Müzakirələrdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Asəf Həsənov, Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, polis general-mayoru Murad Hüseynov, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki Vilayət Eyvazov, Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovniki Rafiq Babayev və başqaları çıxış edərək, ötən il görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışdılar, mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib