ELM VƏ TƏHSİL
“DƏYİŞƏN DÜNYA VƏ GƏNCLİK” MÖVZUSUNDA BEYNƏLXALQ TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanov konfransda çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafında, onun dünyaya inteqrasiya olunmasında ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Respublikamızda aparılan təhsil islahatlarından söhbət açan nazir ali və orta məktəblərdə müasir tədris metodlarından geniş istifadə edilməsinin vacibliyini söyləmişdir.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkəmizdə uğurla davam etdirildiyini bildirmiş, gəncliyin hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışlar.
Universitetin beynəlxalq hüquq fakültəsinin dekanı Hakan Acar “Gənclik və təhsil” mövzusunda məruzə ilə çıxış edərək gəncliyin inkişafında təhsilin rolundan söhbət açmışdır.
Sonra konfrans ayrı-ayrı bölmə iclaslarında öz işini davam etdirmişdir.