İDMAN
“DÇ-2018”: Argentina-İslandiya matçı başlayıb
Bakı, 16 iyun, AZƏRTAC
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün ikinci oyununda “D” qrupunda yer alan Argentina və İslandiya milliləri qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, Moskvadakı “Spartak Arena”da oynanılan görüşü polşalı referi Simon Marciniak idarə edir.
Argentina millisinin start heyətində meydana Vilfredo Kabalero, Nikolas Talyafiko, Lukas Bilya, Lionel Messi, Anxel Di Mariya, Maksimiliano Mesa, Xavyer Maskerano, Markos Roxo, Nikolas Otamendi, Eduardo Silvio və Serxio Aquero çıxıblar.
İslandiya yığmasının ilk “11-liyində isə Hannes Halldoursson, Birkir Sevarsson, Reqnar Siqurdsson, Yohan Qundmunsson, Birkir Byarnasson, Qilfi Siqurdsson, Alfred Finnboqason, Kari Arnoson, Aron Qunnarsson, Xerdur Maqnusson və Emil Hallfredsson yer alıblar.
Xatırladaq ki, günün ilk qarşılaşmasında “C” qrupu çərçivəsində ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşmada “C” qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları üz-üzə gələcəklər. Bu görüş İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə bilərlər.