İDMAN


DÇ-2022: Argentina yığması Meksika komandasını iki qolla məğlub edib

Bakı, 27 noyabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun qollarını 64-cü dəqiqədə Lionel Messi və 87-ci dəqiqədə Enso Fernandes vurublar.

Beləliklə ikinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdədir.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub. Fransa yığması isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.