DÜNYA


“DDoS” hücumlarının sayı 13 faiz azalıb

Bakı, 8 fevral, AZƏRTAC

“Kasperski” 2018-ci ildə dünyada DDoS hücumlarının (Denail of service attacks - DoS, Distributed Denial of service - DDoS) sayının 13 faiz azaldığı barədə məlumat yayıb. Bu halda belə kiberhücumlar daha mürəkkəb hal alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekspertlərə görə, qarışıq hücum və HTTP fludun (hücum edən bot qurbanın serverinə çoxlu sayda HTTP sorğu yaradır) müddəti artmaqdadır. Bu o deməkdir ki, hakerlər daha mürəkkəb metodlardan istifadə edirlər. “DDoS” hücumların ucuz qiymətə başa gəlməsi onu ən əlçatan kiberhücum növlərindən biri edir.

“Kasperski”nin ekspertləri qeyd edir ki, daha çox şirkət “DDoS” hücumların sadə növlərindən qorunmaq üçün həllər tətbiq edir və 2019-cu ildə hakerlər “DDoS”a qarşı standart müdafiə tədbirlərini dəf etmək üçün öz biliklərini daha da təkmilləşdirəcək.

2018-ci ilin əvvəli ilə müqayisədə hücumların orta müddəti 2 dəfədən çox artaraq 218 dəqiqəyə yaxınlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.