İDMAN


DEL BOSKE “BEŞİKTAŞ”LA MÜQAVİLƏ BAĞLAMIŞDIR

Madridin “Real” klubunun sabiq məşqçisi, çempionlar liqasında və İspaniya birinciliyində ”kral” komandasına qələbə qazandıran Visente del Boske Türkiyənin “Beşiktaş” klubu ilə ikiillik müqavilə bağlamışdır. AZƏRTAC Türkiyənin kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, tərəflər iyunun 6-da Madriddəki “Ritts” mehmanxanasında təxminən üç saat davam edən görüş zamanı bu barədə razılığa gəlmişlər. V.Boske iyunun 7-də komanda ilə tanış olmaq üçün İstanbula gəlmişdir. O, iyunun 8-də rəsmən azarkeşlərə və jurnalistlərə təqdim olunacaqdır.

Xatırladaq ki, ötən mövsümdə “Beşiktaş” ölkə çempionatında üçüncü yer tutaraq, çempionlar liqasında çıxış etməkdən məhrum olunmuşdur. Bu, məğlubiyyət kimi qiymətləndirilmiş, kluba başçılıq edən rumın Mirça Luçesku vəzifəsindən azad edilmişdir. Lakin o, tezliklə Donetskin “Şaxtyor” komandasına dəvət almışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.