SİYASƏT
DEPUTATLARIMIZ BUXARESTDƏ VƏ PARİSDƏ İCLASLARDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, deputatlar Asəf Hacıyev, Şaitdin Əliyev, Əli Əlirzayev, Məlahət Həsənova, Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi Baş Assambleyasının növbəti iclasında iştirak etmək üçün dekabrın 7-dən-12-dək Buxarestdə səfərdə olacaqlar.
İclasda Qara dəniz regionunda əməkdaşlığın inkişafında parlamentlərin rolu, Avropa iqtisadi məkanının yaradılması, yoxsulluğun aradan qaldırılması və Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.
X X X
Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin dekabrın 9-da Parisdə keçiriləcək iclasında iştirak edəcəklər.
Komitənin iclasında Azərbaycanda, Gürcüstanda seçkilərin nəticələri, demokratik təsisatların fəaliyyəti, Rusiyada, Latviyada vəziyyət və digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.