SİYASƏT


DEPUTATLARIMIZ NATO PA-NIN YAZ SESSİYASINDA DAHA FƏAL OLACAQLAR

Martın 20-22-də Belqrad şəhərində NATO Parlament Assambleyasının Rouz-Rould seminarı keçiriləcəkdir. Milli Məclis sədrinin müavini, Azərbaycanı bu qurumda təmsil edən nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Azər TAc-a bildirmişdir ki, deputatlarımız bu toplantıda daha fəal olacaqlar. İndi Azərbaycan assambleyanın dəvət olunmuş üzvüdür. Əgər əvvəllər hər hansı bir məsələnin müzakirəyə çıxarılmasında müəyyən çətinliklərlə üzləşilirdisə, bu status həmin maneələri aradan qaldırır. Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələlərini kəskin şəkildə qabardacaqdır.

Nato-nun özünün yaz sessiyası isə may ayında Praqa şəhərində keçiriləcəkdir. Azərbaycan nümayənlə heyəti bu sessiyaya da ciddi hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.