SİYASƏT


DEPUTATLAR AFİNADA YOXSULLUĞUN ARADAN QALDIRILMASI MƏSƏLƏLƏRİ BARƏDƏ FİKİR MÜBADİLƏSİ APARACAQLAR

Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov Dünya Bankının təşəbbüsü ilə keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün martın 8-də Afinaya yola düşəcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, konfransda Dünya Bankı sədrinin məruzəsi dinləniləcək, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişafın strategiyası və perspektivləri barədə deputatlar fikir mübadiləsi aparacaqlar.

Səfər martın 11-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.