İQTİSADİYYAT


DGKA-da gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları başlayıb.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kurslarda dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Dinləyicilərin ərazi gömrük orqanlarında təcrübə keçməsi də nəzərdə tutulub.

Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.

Dərslərə Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşları, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının yüksək bilik və peşə bacarığına malik olan professor-müəllim heyəti cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.