İQTİSADİYYAT


DGK sədri: “Xanoba” gömrük postunda tikinti işləri 60-90 faiz icra edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılır.

Bu sözləri DGK sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, “Xanoba” gömrük postunda kompleks tikinti-quraşdırma işləri hazırda davam edir. Əsas obyektlər üzrə tikinti işləri 60-90 faiz icra edilib. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.