DİASPOR MÖVZUSUNDA ƏN YAXŞI MƏQALƏ MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
AzerTAg.az
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2003-cü ilin yanvar ayının 10-dan dekabr ayının 20-dək “Azərbaycan diasporunun formalaşması problemləri və lobbi quruculuğu” mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qaliblərini müəyyənləşdirmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin keçirilməsindən əsas məqsəd dünya azərbaycanlılarının müstəqil dövlətimiz ətrafında siyasi, iqtisadi, mənəvi birliyinin təmin olunması prosesinin təbliği, xarici ölkələrdə yaşayan soydaşlarımız arasında ana dilimizin, mədəniyyətimizin və milli adət-ənənələrimizin yaşadılması, müasir Azərbaycan diasporunun inkişaf mərhələlərinin işıqlandırılması və s. ibarətdir.
Münsiflər heyəti müsabiqəyə təqdim edilən 45 məqalə arasından “Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında xidmətləri”, “Azərbaycan lobbisinin formalaşdırılması – məqsəd və vəzifələr”, “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan diasporunun böyük rolu ola bilər” və “Azərbaycançılıq ideologiyası və diaspor quruculuğunda onun əhəmiyyəti” silsilə məqalələrinə görə müəllif Vəli Həbiboğlunu qalib elan etmişdir. İkinci mükafata “Azərbaycan diasporunun təşkilatlanması ümummilli liderimiz Heydər Əliyevin xidmətidir”, “Azərbaycan diasporunun inkişaf mərhələləri”, “Azərbaycan diasporu: problemlər və imkanlar”, “Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ilə Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması uğurla başa çatdı”, “Dünya Azərbaycanlılarının 1-ci qurultayı diasporumuzun inkişafında dönüş nöqtəsi oldu” və silsilə məqalələrinə görə Qalib Arif və “Azərbaycançılıq məfkurəsi və diaspor quruculuğu” yazısına görə Asif Hacıyev layiq görülmüşlər.
Famil Cəfərli, Araz Ağayev, Səlim Babullaoğlu və Kəbutərə üçüncü mükafat verilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var