ELM VƏ TƏHSİL


DİA-nın tələbələri Ədliyyə Nazirliyinin Baş İdarəsində təcrübə keçiblər

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Hüquq kafedrasının təşəbbüsü ilə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsində təcrübə keçiblər.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, tələbələr idarənin əməkdaşlarının mühazirələrini dinləyib, müxtəlif vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında nəzəri və praktiki məlumatlara yiyələniblər. Sonra Baş İdarənin nəzdindəki Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının (doğum, ölüm, nikah, nikahın pozulması, atalığın müəyyən edilməsi, övladlığa götürmə və s.) qeydiyyat kitabları, Reyestr Xidmətinin arxivi və orada yaradılmış şəraitlə tanış olub, nazirliyin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müvafiq informasiya sistemlərindən istifadə qaydaları barədə müfəssəl biliklər əldə ediblər.

Azərbaycanda hüquq elminin, hüquq təhsilinin mühüm rolundan danışılıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Qeyd edilib ki, DİA-nın Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin gələcəkdə də Baş İdarədə təcrübə keçmələri üçün şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.