ELM VƏ TƏHSİL


DİA-nın tələbələri vəkillik fəaliyyətinin aspektləri barədə məlumatlandırılıb

Bakı, 28 dekabr, AZƏRTAC

“Vəkil günü” peşə bayramı ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş təşkil olunub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən DİA-nın tədris işləri üzrə prorektoru Əlikram Abdullayev insan hüquqlarının müdafiəsinin təmin edilməsi sistemində vəkillik institutunun rolundan danışıb və 2021-ci il 19 mart tarixində Vəkillər Kollegiyası ilə Dövlət İdarəçilik Akademiyası arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, səmərəli əməkdaşlıq nəticəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Vəkillər Kollegiyasının struktur bölmələrində və vəkil bürolarında təcrübə keçib, nəzəri və praktiki biliklərin inteqrasiyası prosesi təmin edilib və yüksəkixtisaslı gənc kadrların hazırlanmasında mühüm addımlar atılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 1999-cu il 28 dekabr tarixli Qanununu nəzərdən keçirərək vəkillik fəaliyyətinin fəlsəfi və praktiki aspektləri barədə dinləyicilərə məlumat verib. Qeyd olunub ki, hər il dekabrın 28-nin “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

Sonra görüş interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.