ELM VƏ TƏHSİL


DİM: 457 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqə üzrə müsahibədə 179 namizəd uğur qazanıb

Bakı, 15 fevral, AZƏRTAC

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 2-də elan olunmuş müsabiqə üzrə müsahibə başa çatıb.

AZƏRTAC DİM-in bu günə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 179 nəfər uğur qazanıb. Onlardan 63-ü Təhsil Nazirliyində, 24-ü Dövlət Statistika Komitəsində, 23-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, 13-ü Əmlak Məsələləri Dövlət Komitəsində, 9-u Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində, 7-si Gənclər və İdman Nazirliyində, yerdə qalan 40 nəfər isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 1705 nəfər sənəd vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.