ELM VƏ TƏHSİL


DİM 6-cı sinif ingilis dili dərsliyinin CEFR standartlarına uyğunlaşdırılmasına dair təkliflər hazırlayıb

Bakı, 8 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi “Xarici dil fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsinin 2021-ci il 31 may – 6 iyun tarixlərini əhatə edən III mərhələsi çərçivəsində yeni tərtib edilmiş 6-cı sinif ingilis dili dərsliyi beynəlxalq ekspert, Kaliforniya Universitetinin (Fullerton şəhəri) professoru Nathan Karr tərəfindən təhlil edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təhlil nəticəsində dərsliyin CEFR (dillər üzrə ümumavropa çərçivə sənədi) standartlarına və şagirdlərdə kommunikativ dil bacarıqlarının formalaşdırılması məqsədlərinə uyğunlaşdırılması üçün tövsiyələr hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Hazırlanan tövsiyələr dərslikdə istifadə edilən söz ehtiyatı, videotapşırıqlar, oxu, dinləmə, yazı və danışıq tapşırıqları olmaqla bütün məzmun standartlarını əhatə edir.

Xatırladaq ki, DİM “Xarici dil fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirir.

Layihənin IV mərhələsinin avqust-sentyabr aylarında reallaşdırılması planlaşdırılır. Ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş keçidlərdən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.