ELM VƏ TƏHSİL


DİM: Azərbaycan dili fənni üzrə imtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur

Bakı, 24 iyun, AZƏRTAC

Ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-dən başlayaraq Mərkəzdə imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.