ELM VƏ TƏHSİL


DİM Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri üçün monitorinq imtahanları keçirəcək

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 9-10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə monitorinq imtahanları keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar IV və V sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilir. Hər mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilir.

Azərbaycan dilində aparılacaq imtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq. İmtahanların siniflər və mərhələlər üzrə keçirilmə vaxtı DİM-in saytında müvafiq cədvəldə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.