REGİONLAR


DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər

Lənkəran, 20 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda, sədr müavini Namiq Babayev isə Masallıda vətəndaşları qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunda keçirilən qəbulda Lənkəran, Astara və Lerik rayonlarının, Masallı rayonunda keçirilən qəbulda isə Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.

Əvvəlcə DİM Direktorlar Şurasının sədri Lənkəran rayon mərkəzində, sədr müavini isə Masallı rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Görüşlərdə, əsasən buraxılış imtahanlarının nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, magistraturaya qəbul, əvvəlki illərin məzunlarının qəbulu və digər məsələlərlə əlaqədar müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə və N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşlərdə, həmçinin qeyd olunan rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Pedaqoji ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, imtahanların məzmunu ilə bağlı onların təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.