ELM VƏ TƏHSİL


DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Şabranda vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib

Bakı, 16 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul günü iyulun 23-nə dəyişdirilib və görüş saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 60a) keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 023 325 01 21) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran rayon təhsil şöbəsinə də müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.