ELM VƏ TƏHSİL


DİM “İxtisas fənləri üzrə test toplusu” adlı vəsait nəşr edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya hazırlaşanlara kömək məqsədilə “İxtisas fənləri üzrə test toplusu” adlı vəsait nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, vəsaitdə müalicə işi, pediatriya istiqaməti üzrə rezidenturaya qəbul proqramına müvafiq olaraq, daxili xəstəliklər bloku (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya), cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı), mamalıq və ginekologiya və uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatalogiya) fənləri üzrə test tapşırıqları verilib.

Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan tibb təhsili müəssisələrinin tələbələri, eləcə də tibb təhsili müəssisələrinin müəllimləri istifadə edə bilərlər.

Toplunu DİM-in Bakı şəhəri, Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən əldə etmək və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.