ELM VƏ TƏHSİL


DİM: İxtisas seçimində mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi nəzərə alınmalıdır

Bakı, 16 avqust, AZƏRTAC

İxtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır. İlk növbədə, hər kəs bu məsuliyyəti dərk etməli və şəxsən özü öz seçimini etməlidir.

AZƏRTAC xəbər veririk, bunu Dövlət İmtahan mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük. Sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir... Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burada qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin, attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir” – deyə Məleykə Abbaszadə bildirib.

İxtisas seçimi avqustun 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.